Menecer tələb olunur
Rent-a-car Gross25 okt 2026
Tam ştat500 AZN / ay
İş təsviri
Şirkətə menecer tələb olunur!
Sabit əməkhaqqı ilə yanaşı, müxtəlif sahələr üzrə bonuslar qazanmaq imkanı mövcuddur. İşə həvəsli və aktiv yanaşan şəxslər üçün yüksək gəlir əldə etmək mümkündür.
Namizədlərə tələblər:
- Kompüterdən istifadə bacarığı;
- TikTok, Instagram, YouTube və Facebook sosial şəbəkələri ilə işləmək bacarığı;
- Booking və CarRental kimi beynəlxalq platformaların tərəfdaşlıq bölmələrində işləmək bacarığı;
- IAAI və Copart kimi avtomobil hərracları platformalarından istifadə bacarığı;
- Video və foto redaktə proqramları ilə işləmək bacarığı.
Yaş məhdudiyyəti yoxdur. Həm xanımlar, həm də bəylər müraciət edə bilərlər. Sürücülük vəsiqəsi olan və avtomobil idarə etməyi bacaran namizədlərə üstünlük veriləcək.
İşçinin əsas vəzifələri:
- Sosial şəbəkələr üçün gündəlik kontent hazırlamaq, çəkilişlər etmək və paylaşımlar həyata keçirmək;
- Modellərlə foto və video çəkilişlər təşkil etmək;
- Zərurət yarandıqda qısa reklam videolarında iştirak etmək;
- Müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açmaq;
- Turizm agentliklərinin rəhbərləri və hotel menecerləri ilə görüşlər təşkil etmək, şirkətin reklam flayerlərini təqdim etmək və şirkət haqqında məlumat vermək.
Şirkətin təklif etdiyi imkanlar:
- Səmimi və mehriban kollektiv;
- Rahat ofis şəraiti;
- İş təcrübəsi və nəticələrə uyğun artan əməkhaqqı;
- Müxtəlif sahələr üzrə bilik və bacarıqları inkişaf etdirmək imkanı.
Namizədlərin sadalanan sahələr üzrə müəyyən biliklərə sahib olması arzuolunandır. Digər iş prosesləri şirkət tərəfindən öyrədilə bilər. Əsas şərtlər işə həvəs, məsuliyyətlilik, kompüter və sosial şəbəkə bilikləri, həmçinin yeni ideyalar irəli sürmək bacarığıdır. Namizədin dürüstlüyünə və şəxsi keyfiyyətlərinə xüsusi önəm verilir.
Müraciət qaydası:
İşlə maraqlanan şəxslər özləri haqqında qısa məlumatı və ya CV-lərini WhatsApp vasitəsilə göndərə bilərlər.
Ünvan: 8 Noyabr metrosu yaxınlığı, Cəlil Məmmədquluzadə küçəsi, 116.
Maraqlanan hər kəs müraciət edə bilər!